polis
Azərbaycanda DƏHŞƏT: 3 polis həlak oldu, 6-sı xəsarət aldı

Sentyabrın 19-da saat 01 radələrində Fizuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən Qlobal.net-ə bildirilib ki, yük avtomobilinin aşması nəticəsində DİN-in 3 əməkdaşı hadisə yerində həyatını itirib, 6 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

19.09.2023 07:50
show 596