Cəlilabadda qaynı tərəfindən zorlandığı deyilən 17 yaşlı itkin düşən gəlinlə bağlı yeni təfərrüatlar məlum olub. Təcavüzə məruz qaldığı iddia edilən Gülyanənin əri İbrahim Mirzəyev hadisə barədə lent.az-a danışıb.
Bizim.Media xəbər verir ki, o, ailəsinə qarşı irəli sürülən iddiaların əsassız olduğunu deyib: "Tamamilə şər və böhtandır. Qardaşım heç vaxt elə bir iş görməyib.
Gülyanə özü evdən qaçıb. Evdən gedərkən paltarlarını da götürüb çıxıb".
Hadisə ilə əlaqədar Gülnayənin qayınanası Solmaz Mirzəyeva münasibətini bildirib: “İyunun 9-u İbrahimi xəstəxanaya aparmışdım. Gülyanə də saat 12-ə qalmış
İbrahimə zəng elədi ki, nə edirsiniz? Onda hələ qəbuldaydıq. Özünün də
ev-eşiyi təmizlədiyini dedi. Gəlib gördük ki, bütün paltarlarını,
kosmetikalarını və 260 manat pulu götürüb gedib. Nə ilə gedib, hara
gedib kimsə görməyib. Dərhal qızın atasıgilə zəng elədik, dedilər
xəbərimiz yoxdur. Qohum-qonşunun məlumatsız olduğunu görəndə polisə üz
tutduq. Gəlinimin itkin düşdüyünü elə mən ərizə yazıb polisə
bildirmişəm”.
O, “Qaynı Nicat onu dəfələrlə zorlayıb və ailəniz Gülnayəni daim şiddət göstərərək saxlayıb” sualına belə cavab verib: “Hamısı şər-böhtandır. Ailəmə şər atıb rüsvay edirlər. Gülyanə yaxşı qız
idi. Narazılığımız olmayıb. Ancaq telefonla çox oynayırdı. Bir dəfə
İbrahim telefonu onun əlindən aldı, amma həyat yoldaşımın sözü ilə
təzədən özünə qaytardı. Hansı səbəbdən getdiyi ağlıma gəlmir. Mən
gəlinimi xanım kimi saxlamışam, kimdən istəsəniz soruşa bilərsiniz. Heç
nəyini əskik etməmişəm.
İbrahim haqqında deyilənlər də yalandır, mənim oğlum kişidir. Onda heç
bir cinsi xəstəlik yoxdur, lazımdırsa, müayinə etdirə də bilərik”.
Xatırladaq ki, hadisə Uzuntəpə kəndində baş verib. Zərərçəkmiş şəxs
2004-cü il təvəllüdlü Şükürova Gülnayə Bəxtiyar qızıdır. Rayonun Edişə
kəndindən olan 17 yaşlı G. Şükürova 3 ay bundan öncə rayonun Uzuntəpə
kəndində Mirzəyevlər ailəsinə gəlin köçüb.
O, Mirzəyev İbrahim Cabir oğlu ilə ailə qurub. Lakin İ.Mirzəyev cinsi
problemlərə görə ər funksiyasını yerinə yetirə bilməyib və G.Şükürovanın
bəkarəti pozulmayıb.
Şükürovlar ailəsinin iddiasına görə, məsələnin bu cür olduğunu başa
düşən Mirzəyevlər ailəsinin başçısı Cabir Mirzəyevin təklifi ilə digər
oğlu Nicat Mirzəyev Gülnayənin razılığı olmadan ona təcavüz edib.
Zorlanmanın təkrar-təkrar baş verdiyini görən Gülnayə özünü oldürmək
istəyib, lakin qayınatası və qayınanası onu sakitləşdirib, hədə qorxu
gəlib və bu hadisə haqqında heç yerdə danışmamağı tapşırıb. 1 həftə öncə
isə Gülnayə öz ailəsinə telefonla mesaj yazmağa nail olub və başına
gələnlərin hamısını xəbər verib. Bu mesajdan sonra isə o, yoxa çıxıb. (Bizim.Media)