64b524179221b202307232055
Azərbaycanda daha bir lüks avtomobili sel apardı - ANBAAN VİDEO

İsmayıllıya qonaq gələn Türkmənistan vətəndaşlarının maşınını sel aparıb.

AZƏRTAC xəbər verir ki, hadisə bu gün İsmayıllı rayonu ərazisində baş verib. Belə ki, rayonun Yuxarı Zərnava kəndinə qonaq gələn Türkmənistan vətəndaşları olan ər və arvad kəndi tərk etmək üçün çaydan keçməyə cəhd göstəriblər. Yağan yağışlardan sonra Girdimançay çayında suyun artması nəticəsində avtomobil çayın ortasında qalıb. Köməksiz vəziyyətdə qalan qonaqlar kənd sakinlərinin köməyi sayəsində avtomobildən çıxarılıblar.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası da cəlb edilib. Çay boyunca axan avtomobil batdığı yerdən bir qədər aralıda sudan çıxarılıb.

Avtomobil sel suları nəticəsində qismən zərər görsə də, sürücü və sərnişinlər arasında xəsarət alan olmayıb.

Hazırda Zərnava kəndinə gedən yolun bərpası üçün ərazidə texnika işləyir.


17.07.2023 15:20
459