"Mən daxil bütün işçi kollektivi dönərdən yedik, səhhətimizdə heç bir problem yoxdur".
Bu sözləri Baku TV-yə müsahibəsində Zaqatala rayonunda fəaliyyət göstərən dönərxananın sahibi Rəsul Fətəliyev deyib.
O bildirib ki, bu gün 200 ədəd dönər satılıb: "Toyuqla bağlı problem olub. Halbuki, hər gün toyuğu eyni şirkətdən alırıq".
Əldə olunan məlumata görə, zəhərlənən şəxslər Zaqatala şəhərinin müxtəlif dönərxanalarında hazırlanmış dönərlərdən istifadə ediblər.
Qeyd edək ki, zəhərlənənlərin sayının 40-a çatdığı bildirilir. Hazırda zərərçəkənlərə tibbi yardımın göstərilməsi davam edir. İlkin ehtimala görə, zəhərlənmə toyuq ətindən hazırlanan dönərdən baş verib.
Ətraflı süjetdə: