6592b13d49253202401243405
Azərbaycanda çörəyin qiyməti ilə bağlı DƏYİŞİKLİK

Bu ildən Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 3 il müddətinə ƏDV-dən azad edilib. 

Qlobal.net xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib. 

Bu güzəştin müddəti 2027-ci il yanvarın 1-nə kimi uzadılıb. 

Qeyd edək ki, Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən güzəşt müddətinin iki dəfə uzadılmaqla vergidən azad edilmişdi. 

Ölkədə ƏDV dərəcəsi 18 % təşkil edir.

01.01.2024 16:33
show 4050