Azərbaycanda çəkilən filmin real və dəhşətli hekayəsi… – Xala öz bacısı uşaqlarını niyə öldürmüşdü?

1976-cı ildə Moskvada dəhşətli hadisə baş verir.
Qlobal.net bildidir ki, 14 yaşlı Kolya ilə balaca bacısı Maşanın yoxa çıxmasından sonra atası Qriqori Deryevyankonun evinə 15 min rubl tələb edildiyinə dair məktub gəlir. Tələb edilən pulu Qriqorinun keçmiş həyat yoldaşı Olqa istənilən yerə aparır və orada öldürülür.
Daha sonra pulların üzərindəki xüsusi işarə ilə cinayətkarların izinə düşülür. Onlardan birinin Olqanın ögey bacısı Lyuba ilə eyni soyadlı olduğu üzə çıxır və Lyubanın qardaşı ilə onun tanışının bu cinayəti törətdiyi aşkarlanır.
Lyubanın məqsədi Deryevankonun həyat yoldaşı və uşaqlarını aradan qaldıraraq onunla birlikdə olmaq idi.
Kolya və Maşa isə bir yol tapıb qaçmaq istəyəndə onları cinayətkarlar saxlayır. Kolya bacısına qaçmasını söyləyir, özü isə onlarla tək qalır. Maşa kömək çağıranda isə artıq gec olur: Kolya öldürülmüşdü.
Həqiqəti öyrəndikdən sonra Deryevanko keçmiş sevgilisini boğaraq öldürür və 10 il azadlıqdan məhrum edilir. 6 il həbs həyatı yaşadıqdan sonra qızı ilə birlikdə Qərbi Avropaya köçür.
Hadisə ilə bağlı 2013-cü ildə “İstintaq aparıldı…” sənədli filminin “Nəyin bahasına olursa olsun” adlı buraxılışı efirə gedib.
“İctimai” TV-də yayımlanan “Əqrəb mövsümü: İki dünya bir olsa da” serialının ikinci mövsümü də bu real hadisə əsasında çəkilib. Hətta serialın final bölümündə baş verən hadisələrin real qəhrəmanlarının fotoları da göstərilib.
Fidan Məmmədli
Qlobal.net



