"Sputnik" və BBC-nin Azərbaycan nümayəndəlikləri bağlanır.
Qlobal.net bu barədə Caliber.az-a istinadən məlumat verir. Məlumata görə, Azərbaycan mövcud uyğunsuzluğun aradan qaldırılması üçün xarici KİV-in ölkəmizdəki nümayəndəlik və filiallarının faktiki fəaliyyətinə müəyyən düzəlişlər etmək qərarına gəlib.
Bu düzəlişlər əsasən, "Rossiya seqodnya" beynəlxalq informasiya agentliyinin ölkədə filialı kimi fəaliyyət göstərən "Sputnik-Azərbaycan" nəşrini və "BBC News Azərbaycanca"nı əhatə edir.
AZƏRTAC-ın Rusiyada cəmi bir əməkdaşı varsa, "Rossiya seqodnya"nın da ölkəmizdə eyni sayda müxbiri fəaliyyət göstərəcək. Qeyd edək ki, "Rossiya seqodnya"nın Bakı bölməsinin işinə 40-a yaxın adam cəlb olunub. Filialın özünün isə ləğv edilməsi gözlənilir.