vəzifə

Azərbaycanda bu universitetin rektoru İSTEFA VERDİ

“İradə Xəlilova universitetdən ayrılmayıb. Hazırda Hüceyrə Patologiyası Tədqiqat Mərkəzinin direktoru vəzifəsində fəaliyyətini davam etdirir”.

Qlobal.net xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında Xəzər Universitetinin İctimayətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Əlövsət Əmirbəyli deyib.

O bildirib ki, İradə Xəlilova 5 il universitetin rektoru vəzifəsini icra edib:

“İradə xanımın universitetdən ayrıldığı şayiəsini kim yayıb, bilmirik. O, 2016-cı ildən Xəzər Universitetində fəaliyyət göstərən mərkəzin direktoru idi. 2019-cu ilin fevral ayında universitetin rektoru vəzifəsinə təyin edildi. Həm rektor vəzifəsini, həm də mərkəzin direktor vəzifəsini icra edirdi. Bu il yanvar ayında öz ərizəsi ilə rektor vəzifəsindən imtina etdi. Bildirdi ki, o, tədqiqat mərkəzinin direktoru kimi fəaliyyətini davam etdirmək istəyir".

***

Xəzər Universitetinin rektoru istefa verib.

Qlobal.net bildirir ki, bu barədə Universitetdən AzEdu.az-a bildirilib.

Məlumata görə, Xəzər Universitetinin rektoru İradə Xəlilova istefa verərək, işdən çıxıb.

Qeyd olunub ki, yaxın günlərdə yeni rektorla bağlı məlumat ictimaiyyətə təqdim olunacaq. 


14.02.2025 17:50
show 1153