6471c90e800ab202305231038
Azərbaycanda bu tarixdə hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ

İyun ayının ilk günlərinə olan hava proqnozu açıqlanıb. 

Qlobal.net xəbər verir ki, bu barədə "Report"a ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva açıqlama verib. 

O bildirib ki, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək, iyunun 1-dən 4 -nə kimi yağıntılı olacaq: “Bəzi ərazilərdə leysan xarakterli yağışlar gözlənilir. Temperatur bu günə nisbətən aşağı düşəcək. Gözlənilən leysan xarakterli yağışlarla əlaqədar bəzi dağ çaylarından qısamüddətli sel keçməsi də istisna olunmur”.

27.05.2023 13:09
8531