manat
Azərbaycanda bu şəxslərin maaşı ARTIRILACAQ - RƏSMİ

Təkrar sertifikatlaşdırmanın test imtahanı mərhələsinin ilkin nəticələri elan olunub.  

Bu barədə Qlobal.net-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib. 

Məlumatda bildirilib ki, 2022 və 2023-cü illərdə təşkil olunan sertifikatlaşdırma proseslərində 31 227 ibtidai sinif, 9 247 Azərbaycan dili və ədəbiyyatı müəllimi iştirak edib. Sertifikatlaşdırmadan keçmiş 8 410 müəllimin əməkhaqqına 35 faiz, 23 538 müəllimin əməkhaqqına isə 10 faiz artım tətbiq olunur.

10.06.2024 19:55
show 2370