Azərbaycanda bu şəxslərə ŞAD XƏBƏR - Aylıq və birdəfəlik pul alacaqlar
"Himayədar ailəyə götürdükləri uşaqlar üçün veriləcək aylıq və birdəfəlik müavinətlər təyin ediləcək”.
Qlobal.net report-a istinadən xəbər verir ki, bunu əmək və
əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Milli Məclisin
Əmək və sosial siyasət komitəsinin iclasında deyib.
Onun sözlərinə görə, müavinətlərə ölkə üzrə uşaqlar üçün nəzərdə
tutulan yaşayış minimumu və uşaqların sağlamlıq vəziyyətindən, yaşından,
sayından asılı olaraq müəyyən edilmiş əlavə stimullaşdırıcı məbləğlər
daxildir.
Komitə sədri Musa Quliyev isə bildirib ki, müavinətlərin məbləğinin
nə qədər olacağı ilə bağlı suallar var: "Müavinətlərin məbləği mövcud
övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlara verilən
müavinətlərin məbləğindən az olmayacaq. Hətta həmin müavinətlərin
məbləğindən çox olacaq. Ümumiyyətlə, himayədar ailə modeli ilə bağlı iki
müavinət növü təsis edilir. Biri aylıq, digəri mövsümi geyimlə təminat
üçün veriləcək”.