mənzil

Azərbaycanda bu şəxslərə ev veriləcək

"Çernobıl qəzasında əziyyət çələnlərin mənzil məsələsi qısa müddətdə həll olunacaq".

Qlobal.net xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bugünkü iclasda deyib.

"İndiyə qədər məcburi köçkünlər və I-II Qarabağ müharibəsinin iştirakçılarının mənzillə təmin olunma məsələsi var idi. Artıq bu, bir il ərzində yekunlaşacaq. Bundan sonra sürətlə Çernobıl qəzasından əziyyət çəkmiş şəxslərin mənzillə təminatı işləri aparılacaq", - deyə deputat əlavə edib.

25.02.2025 12:07
show 145