avtomobil

Azərbaycanda bu şəxslərə avtomobil alarkən güzəşt ediləcək: 2-3 min AZN - VİDEO

Ölkəmizdə istehsal ili köhnə və istismara yararsız avtomobillərin sayı kifayət qədərdir. Belə avtomobil sahibləri nəqliyyat vasitələri ilə bağlı veriləcək qərarı səbirsizliklə gözləyir. 

Qlobal.net xəbər verir ki, Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə ATV-yə bildirib ki, bunun üçün həmin avtomobillərdə aparılan qiymətləndirmə əsasında, həmçinin nəqliyyat vasitəsinin növünə uyğun olaraq sahibinə vauçer veriləcək. Vətəndaş Həmin Vauçerlə ölkəmizdə fəaliyyətdə olan avtomobil dilerləri və distribütorlarından yeni nəqliyyat vasitəsi ala biləcək:

"Yeni avtomobil alarkən, həmin məbləğ qədər onlara güzəşt olunacaq. Yəni deyək ki, hər hanısa avtomobil 20 min manatdırsa, ona 2 min manat pul veriblərsə, artıq o avtomobil üçün 20 min manat yox, 18 min manat ödəyəcək. Onu müxtəlif cür çek də adlandırmaq olar. Ola bilsin ki, hər hansısa köhnə avtomobil sahibi bunu təhvil vermək isytəyir və eyni zamanda artıq avtomobil almaq fikri yoxdur. Onda ona başqa şərtlərlə pul qismində də verilə bilər". (baku.vs)

  
04.12.2022 10:59
show 663