64a2dabd4286b202307232709
Azərbaycanda bu şəxslər valyutadəyişmə məntəqəsi aça biləcək - VİDEO

Azərbaycanda valyutadəyişmə məntəqələrinin fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur. Qanunvericiliyə təklif edilən dəyişikliklərdən sonra hüquqi şəxslər, sahibkarlar da valyutadəyişmə məntəqəsi yarada biləcək.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, qanunvericiliyə dəyişikliklə valyutadəyişmə məntəqələrinin fəaliyyəti üçün yeni qaydalar müəyyən edilir.

"Valyutadəyişmə məntqələrinin fəaliyyəti üçün daha geniş imkanlar yaradılacaq. Azərbaycanda, xüsusən Bakıda valyutadəyişmə məntqələrinin sayında artım olacaq", - deyə o bildirib.

Geniş videomüsahibəni təqdim edirik:


03.07.2023 18:26
show 558