6415df2a032ac202303235626
Azərbaycanda bu şəxslər bayrama görə pul alacaqlar

Novruz bayramı ilə əlaqədar bəzi təhsil müəssisələrində çalışanlara pul verilməsilə bağlı qərar verilib.

Qlobal.net xəbər verir ki, Sumqayıt Dövlət Universiteti və Bakı Dövlət Universiteti bütün əməkdaşlarına bayramla əlaqədar 200 manat məbləğində mükafat verib.

Bundan başqa, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın imzaladığı əmrlə, universitetin əməkdaşlarına əməkhaqlarının 20%-i dəyərində pul mükafatı veriləcək.

Eyni zamanda, Azərbaycan Texnologiya Universitetinin bütün əməkdaşlarına Novruz bayramı ilə əlaqədar 100 manat məbləğində mükafat verilib.

Həmçinin UNEC Novruz bayramı ilə əlaqədar bütün əməkdaşlarına 300 manat məbləğində mükafat verib.

18.03.2023 19:55
show 1939