Aparıcı Pünhan İsmayıllı heç kəsin bilmədiyi maraqlı bir faktı açıqlayıb.
Qlobal.net Titul.az-a istinadla xəbər verir ki, tanınmış toy aparıcısı və qiraətçi illər öncə ev problemi yaşadığını bildirib.
O, həmin zaman Manaf Ağayevin ona ev alıb verdiyini etiraf edib:
"32 ildir mən Manafı tanıyıram. Bir dəfə ev problemim oldu. Mənə ev aldı verdi, dedi sonra yavaş-yavaş pulun verərsən".