639dbaf010edc202212224952
"Azərbaycanda bu maşından ancaq məndə var" - Cavad

Müğənni Cavad Rəcəbov avtomobili ilə gündəmə gəlib.

Qlobal.net axşam.az-a istinadən xəbər verir ki, onun maşını "7 canlı" proqramında nümayiş olunub. C.Rəcəbov bildirib ki, maşını 30 ildir ondadır:

"Azərbaycanda bu maşından ancaq məndə var. Az sürürəm, 5 ildir ki, heç sürə bilmirdim. Matoru dağılıb. 1995-ci ilin Amerika istehsalı "Cadillac"dır. 5 ildir onun hissələrini Amerika, Dubay və bir çox ölkədən gətizdirirəm. Bir həftə əvvəl hər şeyi tapmışam. Bunun üstündə 10 maşın dəyişmişəm, bircə, bu qalıb".


17.12.2022 16:49
1879