Şou-biznes

Azərbaycanda bu il ərzində ən çox dinlənilən mahnı hansıdır?

Artıq uzun müddətdir yutub platformasında “trend” bölümü ləğv edilib. Bunun yerinə isə “Youtube Charts” bölümü yaranıb.

Qlobal.net axsam.az-a istinadla xəbər verir ki, bu bölümdə isə bir il ərzində ən çox dinlənilən mahnılar yer alır. Bu siyahıda 1 illik dinlənmədə birinci yerdə Xalq artisti Aygün Kazımovadır. Pop kraliçanın “Can ol” mahnısı ilin ən çox dinlənilən ifası olub. Mahnı 38,1 milyon dəfə dinlənilib. Bəstə ümumilikdə yutubda 42 milyondan çox baxış toplayıb.

Kazımovanın daha bir mahnısı ilk onluğa daxil olub. Belə ki, dünya trendinə düşən və yayımlandığı gündən dillər əzbəri olan “S.O.S” siyahıda yeddinci yerdədir. Mahnının yutubda baxışı 56 milyonu ötüb.

Qeyd edək ki, “Can ol” mahnısının müəllifi YAP10, “S.O.S”un isə musiqisi Kazım Can, sözləri Orxan Qarabasmaya (OGB) məxsusdur.

302961 sje4c430pf

Related Articles

Leave a Reply

Back to top button