Azərbaycanda bu avtomobillərin qiyməti BAHALAŞACAQ
Bu ilin fevralın 1-dən Azərbaycana idxal edilən avtomobillərə
utilizasiya haqlarının tətbiqi həmin avtomobillərin xərclərinə təsir
göstərir və maya dəyərində artımlarla müşahidə olunur.Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, monitorinqlər göstərir ki, utilizasiya haqlarının avtomobil bazarına təsirləri artıq özünü göstərir.
"Düzdür,
çox ciddi təsirləri müşahidə olunumur, amma idxal olunan avtomobillərin
maya dəyəri artdığı üçün həmin avtomobillərin satış qiymətində də
artımlar var. Hələlik artımlar yüksək deyil, ancaq müşahidə olunur.
İdxal olunan avtomobillərin sayı artdıqca, biz daha çox qiymət artımları
müşahidə edə bilərik", - deyə V.Bayramov əlavə edib.
Qeyd edək
ki, Prezidentin 27 yanvar 2024-cü il tarixli sərəncamı ilə Nəqliyyat
Vasitələrinin Utilizasiyası Fondu yaradılıb, 31 yanvar 2024-cü il
tarixli qərarı ilə bu fondun vəsaitinin formalaşdırılması və istifadə
Qaydaları təsdiq edilib.
Qaydalara əsasən, Fondun vəsaiti
utilizasiya haqqı, kreditlər və qrantlar, könüllü ianələr, beynəlxalq
təşkilatların və digər donorların ayırmaları və digər mənbələr hesabına
formalaşacaq. Utilizasiya haqqı yalnız yaşı 4 ili keçmiş nəqliyyat
vasitələri üçün ödəniləcək. Azərbaycana idxal edilən avtomobilin
istehsal ili 4 ildən 7 ilə qədər olduqda utlizasiya rüsumu 400 manat, 7
il və daha çox olduqda isə 700 manat təşkil edir.