Azərbaycanda bu ailələrə hər uşağa görə 100 manat VERİLƏCƏK
Azərbaycanda sosial müavinətlərin məbləğləri müəyyənləşib.
Qlobal.net xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev
Sosial müavinətlərin məbləğinin artırılması və "Sosial müavinətlərin
məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin
2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi
barədə Fərman imzalayıb.
Fərmanla 2023-cü il yanvarın 1-dən bir yaşınadək uşağı olan
aztəminatlı ailələrə sosial müavinətin məbləği hər uşaq üçün 100 (bir
yüz) manat müəyyən edilib.