Azərbaycanda biznesmen pula görə oğurlandı
Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən Rahib Rəhimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçiirlən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə 7 il 6 ay 19 gün müddətinə azadlıqdan
məhrumetmə cəzasına məhkum edilib. Hökmdən narazı qalan məhkum
apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin
etməyib.
İttihama görə, 1968-ci il təvəllüdlü Rahib Rəhimov qabaqcadan əlbir
olduğu bir qrup şəxslə 27 may 2013-cü ildə saat 22 radələrində,
istintaqla müəyyən edilməyən İlkin adlı şəxsin vasitəsilə görüşə dəvət
edilmiş zərərçəkmiş Namiq Qafarov (şərti) ilə sonuncunun qeyd edilən
şəxslərə mövcud olan ümumilikdə milli manata məzənnəsi ilə 53,054 manat
pul borcu ilə bağlı danışıqların aparılması məqsədilə Bakı şəhərinin
Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti 54 saylı binanın
qarşısında görüşüb. O, Namiqə zor tətbiq etməklə iradəsinə zidd
oğurlamaqla, zərərçəkmişi tanışı tərəfindən idarə edildiyi "Tofaş”
markalı avtomobilə mindirib digər tanışları ilə əvvəlcədən razılığına
görə sonuncunun icraçı direktor işlədiyi Bakı şəhəri Binəqədi rayonu
Xutor qəsəbəsi S.Bəhlulzadə küçəsində olan şirkətinə məxsus yarıtikili
binanın gözətçi otağına aparmaq qərarına gəlib. Daha sonra onlar həmin
ünvana gediblər. Orada isə Rahib və tanışları zərərçəkmişə qarşı zor
tətbiq edib bədəninin müxtəlif nahiyyələrinə əlləri və ayaqları ilə
zərbələr endirməklə onu döyüb. Sonra Rahibin tanışları zərərçəkmiş
şəxsin qollarından tutaraq, zorla iradəsinə zidd olaraq "Hundai-Azera”
markalı avtomaşına mindirib əvvəlcədən kirayə götürdükləri Bakı şəhəri
Səbail rayonu B.Sərdarov küçəsi, 12 saylı binanın qarşısına gətiriblər.
Orada onları gözləyən Rahibin digər tanışları onun qollarından tutaraq
binanın 4-cü mərtəbəsində olan 44 saylı mənzilə gətirərək 29 may 2013-cü
il tarixədək qanunsuz saxlayıblar. Həmin mənzildə saxlanılan müddətdə
onlar zərərçəkmiş şəxsi döyüb sağlamlığına təhlükəli zor tətbiq ediblər
və ona sağlamlığa yüngül zərər vurmaqla işgəncə veriblər.
Məhkəmədə zərərçəkmiş şəxs kimi dindirilmiş Namiq Qafarov öz
ifadəsində göstərib ki, Rahiblə aralarında həmişə böyük hörmət olub,
onun bizneslə məşğul olmağı və bəzi şəxslərlə sövdələşməsi
təqsirləndirilən şəxsin insanlar arasında ona qarşı mövqeyini
dəyişməyinə səbəb olub. Onun məsələsindən sonra həmin şəxslər
təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Onlarla alış-veriş zamanı
aralarında borc yaranmış, birinə 10000 manat və digərinə 30000 manat
borcu olub. Borc gecikdiyindən onların pulunu qaytara bilməyib. Məlum
hadisə baş verən gün dost bildiyi şəxs ona zəng vuraraq çay içməyə dəvət
edib, yaşadığı evdən səki ilə gedərkən "Tofaş” markalı avtomobil
sürətlə üstünə gəlib. Maşında Rahib, Həbib və adını xatırlamadığı digər
şəxs yumruqla vuraraq onu avtomobilə otuzdurub. "Erməni qəbirsanlığı”
deyilən yerə çataraq digər maşınla "Xutor” ərazisində yeni tikilən
binanın zirzəmisinə gediblər. Gecə saat 3-4 radələrində onu "İçəri
şəhər”də yerləşən beşmərtəbəli binanın 5-ci mərtəbəsinə gətiriblər, 2
gün orada təzyiq altında, əli-qolu bağlı şəkildə saxlayıblar. Bazar
ertəsi pul verəcək oğlanla Şıxovda görüşəcəkmiş, həmin vaxt Korrupsiyaya
qarşı Mübarizə Baş İdarəsində barəsində istintaq edilən cinayət işi
olub və müstəntiq Nazim müəllimin yanına getməli olub. Səhər saat 7-8
radələrində ayaqyoluna getmək bəhanəsi ilə "102” mərkəzinə zəng vurub,
onun mobil telefonu açıq olub. Zənglər gəlmiş və onlar icazə vermişlər
ki, danışsın, başqaları oğurlandığından şübhələnməsin. Kağızlara "mənə
kömək edin, məni oğurlayıblar” yazıb, polis əməkdaşları gələrək onu
qurtarıblar.
Daha sonra Rahibi görməyib, bu şəxslərin ona və ailəsinə təhqirlər
olub. Əvvəlcə Rahibi bağışlamış, lakin təqsirləndirilən şəxsin verdiyi
yalan vədlər üzündən bu gün həbs həyatı yaşayır və bu səbəbdən də onu
heç bir vaxt bağışlamayacaqdır. Təqsirləndirilən şəxsdən şikayətçidir,
cəzalandırılmasını tələb edib.