Abşeron rayon Mehdiabad qəsəbəsində məktəblərin birində biabırçı hadisə yaşanıb.
Manset.az-ın məlumatına görə, iddia olunur ki, Mehdiabadda 4 saylı tam orta məktəbdə dərsə gecikən şagirdə müəllim məktəbin döşəməsini sildirib.
Sonra şagirdin bacısı daha sensasiyalı iddia ilə çıxış edib: "Müəllim bildirib ki, qardaşım növbəti dəfə dərsə geciksə, ona məktəbin sanitar qovuşağını sildirəcək."
Bu barədə sosial şəbəkədə ictimai fəal Elyar İslamoğlu məlumat verib.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov Manset.az-a açıqlamasında bildirib ki, məsələ araşdırılacaq.
Manşet.az