667eed1d8cfaa202406240429
Azərbaycanda benzin nə qədər bahalaşacaq? - MƏBLƏĞ

Azərbaycanda yaxın vaxtlarda "Aİ-92" markalı benzin və dizelin bahalaşacağı ilə bağlı məlumatlar yayılıb. Buna səbəb kimi isə daxili bazarda elektromobillərə keçidi sürətləndirmək göstərilir. Artıq "Aİ-92" markalı benzinin və dizelin qiymətinin nə qədər artacağı məlum olub.

Qlobal.net iqtisadiyyat.az-a istinadən xəbər verir ki, artımın 10-15 qəpik aralığında olacağı nəzərdə tutulub.

Yaxın günlərdə artımın baş verəcəyi gözlənilir.

Qeyd edək ki, hazırda ölkədə "Aİ-92" markalı benzinin 1 litrinin pərakəndə satış qiyməti 1 manat, dizelin qiyməti isə 80 qəpikdir. 

Xatırladaq ki, Azərbaycanda elektromobillərə tələbat artıb. Bu ilin yanvar-may aylarında Azərbaycana ümumilikdə 53,5 milyon dollar dəyərində 1250 ədəd elektrikli avtomobil idxal olunub. Belə ki, son illərdə elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində 2023-cü ildə ölkədəki hibrid avtomobillərinin sayı 2022-ci illə müqayisədə 11917 ədəd və ya 39,5 faiz, elektrik mühərrikli avtomobillərin sayı isə 2542 ədəd və ya 5,5 dəfə artıb.

Nəticədə avtomobillərdən atmosfer havasına daha çox çirkləndirici maddələrin atılmasının qarşısı alınıb. Ötən il ölkədə stasionar mənbələrdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi 2022-ci illə müqayisədə 8,8 faiz azalıb.

28.06.2024 21:01
show 761