667529b4a6286202406242020
Azərbaycanda bazar yandı - VİDEO

Dünən Lənkəran şəhərində ümumi sahəsi 250 m² olan bir mərtəbəli mağazanın dam örtüyünün yanar konstruksiyaları 200 m² sahədə və içərisində qismən ərzaq malları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Qlobal.net-ə bildirilib ki, mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***
Lənkəran şəhərində bazar yanır.

Qlobal.net oxu.az-a istinadən xəbər verir ki, yanğın mərkəzi bazarın daxilində fəaliyyət göstərən marketlərdən birində başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində işlər görülür.


21.06.2024 11:18
show 512