66216cd425001202404245620

Azərbaycanda baş redaktor SAXLANILDI

Meclis.info saytının baş redaktoru İmran Əliyev saxlanılıb.

Qlobal.net-in lent.az-a istinadən məlumatına görə, bu barədə İmran Əliyev özü sosial şəbəkədə məlumat verib.

O bildirib ki, bu gün adının mediada hallandırılmasından sonra ölkəni tərk edərək İstanbula getmək istəyib.

Lakin hava limanında Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. 

Qeyd edək ki, bu gün yerli mediada  "qrant qaçaqmalçılığında" iştirak etdiyi bildirilənlərlə bağlı yeni məlumatlar əksini tapıb.

İmran Əliyevin də adı həmin yazılarda yer alıb.

18.04.2024 22:55
show 389