08.07.2021
10:48
150

Azərbaycanda avtomobilləri sel apardı

Loading...

Şəmkirdə güclü yağış fəsadlar törədib.

 APA xəbər verir ki, təbiət hadisəsi rayonun “Kraz yolu” adlanan ərazisində qeydə alınıb.

Belə ki, güclü yağışdan sonra gələn sel “VAZ 2107” və “VAZ 21011” markalı minik avtomobillərini aparıb. Bu zaman avtomobillərdə olan 3 nəfər son anda xilas edillib.

Onlardan ikisinin kimliyi məlum olub - 65 yaşlı Bənövşə Musayeva və 36 yaşlı İlqar Musayev.

Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Loading...