65323ac6c08ad202310233102
Azərbaycanda ardıcıl 5 GÜN İŞ OLMAYACAQ - QƏRAR

Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.

Qlobal.net xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr iş günü ilə 4 noyabr istirahət gününün yerləri dəyişdirilib.

Beləliklə, noyabr ayında ardıcıl 5 gün – 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günü olacaq. Noyabrın 4-ü - şənbə günü isə rəsmi iş günüdür.

20.10.2023 12:30
show 694