646653fc35e92202305233612
Azərbaycanda aktyor həbs edildi - FOTO

Tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayev həbs olunub.

Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilərək, barəsində 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarıb.

Xəbəri Rza Rzayevin vəkili Səlahəddin Cəfərov təsdiq edib.Qeyd edək ki, tanınmış aktyor Tural Mirzəliyev və Ülvi Quliyevin şikayətləri əsasında həbs edilib. Cinayət işi 2018-ci ildən davam edir və bu gün zərərçəkənlərin birinci instansiya məhkəməsinin qərarından verdikləri apellyasiya şikayətinə baxılıb. (apa)


Aktyor Rza Rzayev həbs olunub

18.05.2023 20:34
show 494