photo_10996661
Azərbaycanda Aİ-92 markalı benzinlə bağlı QƏRAR VERİLDİ

Azərbaycanda Aİ-92 markalı benzinin aksiz dərəcəsi artırılıb.

Bu, Nazirlər Kabineti “Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında” qərarında əksini tapıb.

Qərara əsasən, Aİ-92 avtomobil benzininin aksiz dərəcəsi 42 faizdən 42,5 faizə, dizel yanacağının aksiz dərəcəsi 18 faizdən 18,3 faizə qaldırılıb.

24.08.2022 14:54
285