Azərbaycanda 5 gün ardıcıl iş olmayacaq: Noyabrın 8-dən...
Sabahdan-noyabrın 8-dən Azərbaycanda beş gün ardıcıl iş olmayacaq.Qlobal.net xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən iş və
istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10
noyabr iş günü ilə 4 noyabr istirahət gününün yerləri dəyişdirilib.
Beləliklə,
ölkədə ardıcıl 5 gün - 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş
günü olacaq. İş günü isə noyabrın 13-dən başlayacaq.
Qeyd edək
ki, noyabrın 8-də Azərbaycanda Zəfər Günüdür. Prezident İlham Əliyevin
2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə Vətən müharibəsində misilsiz
qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-nin Azərbaycanda
Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.
9 Noyabr isə Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Altıgünlük
iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində bayramdan
sonra iş günləri 10-11 noyabr tarixləri müəyyən edilib.