6409f17607208202303234718
Azərbaycanda 45 polis İŞDƏN ÇIXARILDI

Ötən il Azərbaycanda etik davranış qaydalarını pozduğu üçün cəzalandırılan polis əməkdaşlarının sayı məlum olub.

Qlobal.net xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, etik davranış qaydalarını pozduğu üçün 186 əməkdaşa intizam tənbehi verilib. Onlardan 23-ü daxili işlər orqanlarında xidmətdən xaric olunub, 22-i tutduğu vəzifədən azad edilib,  141-i barəsində digər məsuliyyət tədbirləri görülüb.

09.03.2023 18:46
show 476