65ed4e0d89ce9202403240709
Azərbaycanda 16 yaşlı qız toyda alkoqollu içkidən şoka düşdü

Tovuzda zəhərlənmə hadisəsi baş verib.

Qlobal.net APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Azaflı kəndində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini 2008-ci il təvəllüdlü F.Ə. (ad şərtidir) huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Dərhal yeniyetmə qıza yardım edilib, vəziyyətinin kafinin kafi olduğu bildirilir.

Məlumata görə F.Ə. toyda alkoqollu içkidən zəhərlənərək şoka düşüb.

Faktla bağlı araşdırma aparılır.

10.03.2024 10:06
show 305