67a30765421fb202502253829

Azərbaycanda 15 yaşlı oğlan ov tüfəngi ilə özünü güllələdi

Yardımlıda intihar hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Zevin kəndində baş verib.

15 yaşlı Ələkbər Rafiq oğlu Şükürlü yaşadığı evdə atasına məxsus ov tüfəngindən atəş açaraq özünü öldürüb. Onun hansı səbəbdən intihar etdiyi bilinmir.

Hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları evdən müvafiq sənədləri olan 1 ədəd “TOZ” markalı ov tüfəngini götürüblər.

Faktla bağlı Yardımlı rayon Prokurorluğunda araşdırma aparılır.

05.02.2025 10:48
show 60