6572f9db8eec4202312231123
Azərbaycanda 1 ayın gəlinini evdən qovdular: “Qayınatam dedi ki...” - VİDEO

ATV telekanalında yayımlanan "Bizimləsən" proqramında kövrək anlar yaşanıb. Belə ki, Sürəyya və İbrahim adlı cütlük efirə gələrək körpə qızlarının skoliozdan müalicə olunması üçün yardım istəyiblər.

Qlobal.net yenisabah.az-a istinadən xəbər verir ki, aparıcı Zaur Baxşəliyev canlı efirdə onların övladına yardım edəcəklərini bildirib.

Daha sonra cütlüyün harada yaşadığı ilə maraqlanan teleaparıcının sualından sonra onların evlərindən qovulduğu ortaya çıxıb. 

Belə ki, Sürəyya adlı xanım skoliozu olduğu üçün qayınatası tərəfindən evdən qovulduğunu etiraf edib. Ailə qurduqdan 1 ay sonra evdən qovulan gəlin həyat yoldaşı ilə birgə evi tərk etmək məcburiyyətində qaldıqlarını açıqlayıb: 

"Toyumuz el adəti ilə olub, bizə elçi gəliblər. Ailə qurduqdan 1 ay sonra qayınatam belimdə skoliozun olduğunu bildi, mənə beliəyri gəlin lazım deyil dedi və bizi evdən qovdu. Həyat yoldaşım məni tək qoymadı. Hazırda atamın evində yaşayırıq. Hər işi görürdüm, belim ağrısa da, bunu büruzə vermirdim. Hətta hamiləliyimin 5-ci ayında həkimlər xəstəliyimə görə uşağı abort etdirməyi məsləhət görmüşdülər. Onlar dedi ki, bu xəstəliklə uşaq dünyaya gətirmək risklidir, ölüm təhlükəsi ilə üz-üzə qala bilərsən, amma mən övladımı dünyaya gətirdim. Nəfəs almaqda çətinlik çəkirdim, hamiləliyim çox ağır keçirdi, lakin bunu hiss etdirmirdim". 

Qadının danışdıqlarına təəccübünü gizlədə bilməyən Zaur Baxşəliyev göz yaşlarına hakim ola bilməyib. 

Studiyada qonaq olan həkim isə körpə ilə yanaşı, anasını da müalicə edəcəyini bildirib. 


08.12.2023 15:10
show 1225