19.09.2020
13:47

Azərbaycana gələn turistlərin sayı 3,3 dəfə azalıb

2020-ci ilin yanvar-avqust aylarında Azərbaycana 649,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 3,3 dəfə azdır. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Turist axınının bu dərəcədə azalması koronavirus infeksiyasının yayılması və 2020-ci ilin mart ayından Azərbaycan ərazisinə girişin qadağan edilməsi ilə şərtlənib.

Bu dövrdə ölkəmizə gələnlərin 28,6 faizi Rusiya Federasiyası, 25,6 faizi Gürcüstan, 17,0 faizi Türkiyə, 7,8 faizi İran, 2,1 faizi Ukrayna, 1,9 faizi Hindistan, 1,8 faizi Səudiyyə Ərəbistanı, hər birindən 1,2 faiz olmaqla Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstan, hər birindən 1,1 faiz olmaqla Küveyt və Türkmənistan, 0,9 faizi Böyük Britaniya, 0,8 faizi İraq, hər birindən 0,7 faiz olmaqla Özbəkistan və Belarus, 0,6 faizi İsrail, 5,6 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.


Loading...