21.09.2020
22:36

Azərbaycan “WorldFood Moscow 2020” sərgisində iştirak edəcək

"WorldFood Moscow 2020” sərgisində Azərbaycanın 30-dan çox şirkəti “Made in Azerbaijan” brendi altında vahid milli stenddə təmsil olunacaq.

Azərbaycanın Rusiya Federasiyasındakı Ticarət Nümayəndəliyindən bildiriblər ki, sentyabrın 22-25-də “Crocus Expo” Beynəlxalq Sərgi Mərkəzində “WorldFood Moscow 2020” sərgisi keçiriləcək. “WorldFood Moscow 2020” builki uzun və mürəkkəb pandemiya dövründən sonra Azərbaycanın iştirak etdiyi ilk sərgidir. 30-dan artıq Azərbaycan şirkəti “Made in Azerbaijan” brendi altında vahid milli stenddə təmsil olunacaq.

“WorldFood Moscow” – Rusiyada ərzaq məhsullarının dünya səviyyəli ən iri payız sərgisidir. Dünyanın hər yerindən olan istehsalçılar bu il öz məhsullarını 64 milli ekspozisiyada nümayiş etdirəcəklər.

Loading...