08.03.2021
10:58
228

Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Müddəti uzadıldı...

Loading...

Gürcüstanda yaşayan Azərbaycan vətəndaşlarının qanunsuz miqrant durumuna düşməmələri və fəaliyyətlərini hüquqi zəmində tənzimləmələri üçün sahib olduqları və etibarlılıq müddəti 1 yanvar 2020-ci il tarixindən etibarən bitmiş və ya bitəcək olan bütün növ pasportların (diplomatik, xidməti və ümumvətəndaş) etibarlılıq müddəti 1 iyul 2021-ci il tarixinədək uzadılmış hesab olunur.
Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Qeyd edək ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan ilə Gürcüstan arasında sərhədlər 2020-ci ilin mart ayının 14-dən etibarən mövcüd epidemioloji vəziyyətlə əlaqədar olaraq, müvəqqəti olaraq bağlanıb/

Loading...