Azərbaycan TƏCİLİ hərəkətə keçməlidir, yoxsa 100 mindən çox erməni... - SENSASİON YAZI
Biz tələsməliyik, çünki zaman əleyhimizə işləyir.Ermənistan bu
gün Azərbaycanın Qarabağda “etnik təmizləmə” apardığını əlində bayraq
edib, məsələnin beynəlxalq müstəvilərdə müzakirə olunması üçün
dəridən-qabıqdan çıxır. Son bir ayda BMT və Aİ-də bir neçə belə
müzakirənin keçirilməsinə “nail olan” mənfur qonşularımız indi də
Haaqada BMT məhkəməsində bu məsələnin baxılmasına nail olublar. Qərbin
Azərbaycana qarşı məkrli münasibəti və bu münasibət fonunda Qarabağ
məsələsinin həllinə onun ikili standartlar prizmasından formalaşan
baxışları bizim əleyhimizə işləməkdədir.
Biz bu durumda hansı
addımları atmalıyıq ki, erməni məkrinə söykənən bu şantaj xarakterli
əməllərin cavabını daha tutarlı şəkildə verə bilək?
Düşünürəm ki,
düşmənimizin məkrli, yalançı, qanı və iliyi şər-böhtanla yoğrulmuş
ermənilər olduğunu nəzərə alıb, ilk növbədə Qarabağ ətrafında baş verən
bütün proseslərdə önləyici təşəbbüslərlə çıxış etməliyik. İstənilən
məsələnin beynəlxalq səviyyəyə çıxarılmasında gecikmək bizə sonradan
ciddi problemlərin yaradılması deməkdir.
Baxın, 19 sentyabrda
başlatdığımız lokal antiterror tədbirlərindən bir ayın keçmədiyi bir
zaman kəsiyində ermənilər BMT və Aİ-də Azərbaycanı “etnik təmizləmədə”
günahlandıran bir neçə müzakirənin keçirilməsinə nail ola bildilər. Bu
gün onlar artıq Haaqada BMT məhkəməsində Azərbaycanı “etnik təmizləmədə”
günahlandıran dinləmələrin keçirilməsinə nail olublar.
Görürsünüzmü, ikiüzlü Qərb institutları hayların hayına nə qədər operativ cavab verirlər?
Bu
gün Azərbaycanı “etnik təmizləmədə” günahlandırmaq istəyənlər
Ermənistan hərbi birləşmələrinin Qarabağdan dərhal və qeyd-şərtsiz
çıxmasına dair BMT TŞ-nin 4 qətnaməsinin üzünə Ermənistanın tüpürmək
belə istəmədiyini 30 il ərzində görməzdən gələn erməni tulalarıdır. Biz
başa düşürük ki, ortada böyük xristian həmrəyliyi və Cənubi Qafqazda
Qərbin istəklərini təmin etmək qədər maraqlar var. Lakin bu miqyasda
ədalətsizlik Qərbə gerçəkləri bilənlərin haqlı nifrətindən başqa heç nə
qazandıra bilməz. Qərb həqiqətin nədən ibarət olduğunu, haqqın kimin
tərəfində olduğunu bizim qədər aydın bilir. Lakin onun mənəviyyatdan və
siyasi əxlaqdan kənar öz oyun qaydaları var.
Bu gün
Haaqada BMT-nin məhkəməsində “etnik təmizləmə” adı altında keçirilən
müzakirələrdə bizi ancaq günahlandırmaq vəzifəsini yerinə yetirən Qərb
yetkililəri nədən 1988-ci ildən başlayaraq Ermənistan ərazisindən və
doğma Qarabağ torpaqlarımızdan zorla qovulmuş bir milyona qədər
azərbaycanlıya qarşı törədilmiş etnik təmizləmədən danışmırlar?
Axı
o illərdə ata-baba torpaqlarından etnik təmizləmə nəticəsində qovulmuş
soydaşlarımız ev-eşiklərini ayaqyalın, başıaçıq tərk edib qaçmışdılar.
Ermənilər isə Qarabağdan öz xoşları ilə, az qala gül-çiçəklə yola
salındılar.
Bu gün o məhkəmədə Ermənistan adından çıxış edən və
Ermənistan bayrağını boynundan qalstuk kimi asmış bir şərəfsizin
çıxışına qulaq asdım. Adam Azərbaycanda məktəblərdə istifadə olunan
dərsliklərdə erməni vandallarının ünvanına yazılan sözlərə qədər
misallar çəkməklə bizi qaniçən, erməniləri isə məzlum bir xalq kimi
məhkəməyə təqdim etdi. Erməni şantajının dəyirmanına su töküb, bizə
qarşı ermənidən betər erməni olan bu alçaqların cavabını onlarla
palemika aparmaqla deyil, atacağımız əməli addımlarla ortaya qoymalıyıq.
Bu
gün Qarabağ torpaqlarımızı öz istəyi ilə tərk etmiş ermənilər
yaşadıqları torpaqlarımızda mövcud olmuş mülklərinə dair sənədlərlə
beynəlxalq məhkəmələr qarşısında məsələ qaldırıb, Azərbaycandan təzminat
tələb etməyə hazırlaşırlar. Hesab edirəm ki, Qərbin böyük dəstəyi ilə
ermənilərin bunu edəcəyi gün heç də uzaqda deyil.
Biz
tələsməliyik, çünki zaman əleyhimizə işləyir. Gecikmədən Qarabağ
torpaqlarımızda erməni vandallarının törətdiyi dağıntılar nəticəsində
vurulmuş zərərlə bağlı beynəlxalq məhkəmələrdə təzminat tələbi ilə
Ermənistana qarşı iddia qaldırılmasına nail olmalıyıq. 44 günlük
savaşdan sonrakı 3 il ərzində biz bu istiqamətdə beynəlxalq təşkilatları
da cəlb etməklə çox iş görmüşük. Əgər bu işin bütövlükdə yekunlaşması
daha artıq zaman tələb edirsə, o halda Beynəlxalq Məhkəmədə təzminat
tələbi ilə heç olmasa işğal altında olmuş bir rayon üzrə iddia qaldırmaq
olar. Bizim bir rayon üçün Ermənistandan tələb edəcəyimiz təzminat
Qarabağdan getmiş ermənilərin tələb edəcəkləri təzminatdan çox olacaq.
Bax bu halda biz Qarabağdan könüllü getmiş ermənilərin təzminat
tələbinin qarşısına əliyalın çıxmayacağıq.
Ermənistanın Qarabağ
torpaqlarımızı öz xoşu ilə tərk etmiş ermənilərin geri qaytarılması
tələbinə qarşı isə 1980-ci illərin sonlarında və 1990-cı illərin
əvvəllərində etnik təmizləmə nəticəsində Ermənistandan qovulmuş 180 min
soydaşımızın Ermənistana qaytarılması və ora qayıdanların
təhlükəsizliyinə Ermənistan hökuməti tərəfindən təminat verilməsi tələbi
ilə Beynəlxalq Məhkəmədə iddia qaldırmalıyıq.
Əgər Ermənistan
Qarabağdan köçmüş 100 mindən çox erməninin geri qaytarılmasına və
onların təhlükəsizliyinin təmin olunmasına dair Azərbaycan hökumətindən
təminat istəyirsə, Azərbaycan da eyni qaydada vaxtilə Ermənistandan
qovulmuş 180 min soydaşımızın ora qaytarılmasını və erməni hökumətindən
onların təhlükəsizliyinə təminat verilməsini tələb etməlidir. Biz burada
Laçın dəhlizi və Zəngəzur dəhlizi kartından istifadə etməliyik.
Zəngəzur dəhlizi açılmırsa, deməli, Laçın dəhlizi də bağlanır. Yaranmış
durumda ermənilərin qaldırdıqları bütün məsələlərin qarşısına bu
prinsiplə çıxmaq lazımdır. /musavat.com