“Azərbaycan Sənaye Bankı ASC” qanunu pozdu – FOTO

Azərbaycan Sənaye Bankı ASC-nin 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə sosial şəbəkə səhifələrində etdikləri paylaşımları izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.
Bankın süni intellektlə hazırlanmış paylaşımında Azərbaycan bayrağı düzgün təsvir olunmayıb.
Belə ki, dövlət bayrağının üzərində əks olunmuş ulduzun güşələrinin sayı artırılaraq 10-a qaldırılıb, bu isə anlaşılmaz görüntüyə səbəb olub.
Qeyd edək ki, dövlət bayrağının istifadəsi qaydaları haqqında qanunun 11-ci maddəsində dövlət bayrağı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət nəzərdə tutulur.
Bu Qanunun tələblərinə zidd istifadəsi, habelə Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət yaradır. Həmin paylaşımı sizə təqdim edirik./abc.az




