30.07.2021
11:47
108

Azərbaycan qızıl ixracından gəlirini 26% artırıb

Loading...

Bu ilin iyun ayında Azərbaycan 20,5 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin iyul sayında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4% azdır.

2021-ci ilin yanvar-iyun aylarında isə Azərbaycan 107,9 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 25,9% çoxdur.

Loading...