Azərbaycan Ordusunun polkovnik-leytenantı qəflətən vəfat etdi
Azərbaycan Ordusunun zabiti vəfat edib. Bakupost.az xəbər
verir ki, topoqrafiya ixtisaslı zabiti polkovnik-leytenant Ağayev Vüqar
Şümşad oğlu Laçın rayonu istiqamətində döyüş tapşırıqları üzrə
vəzifələrini yerinə yetirərkən şəhid olub. Hərbçimizin ölüm səbəbi hələlik dəqiq bilinmir. İlkin ehtimallara görə, o, ürəktutmasından vəfat edib.
V.Ağayev bu gün Kürdəmirdə dəfn olunacaq. Qeyd
edək ki, polkovnik-leytenat Vüqar Ağayev 44 günlük Vətən Müharibəsi
zamanı döyüş fəaliyyətlərinin planlaşdırılması və yerinə yetirilməsi
zamanı göstərdiyi yüksək xidmətlərə görə müxtəlif orden və medallarla
təltif edilmişdi. Allah rəhmət eləsin!