6509cf1ca491b202309234100
Azərbaycan Ordusu təmas xəttini bir neçə yerdə yarıb

“Azərbaycan Ordusu separatçıların müdafiə xəttini yarıb”.

Bu məlumatı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Reuters" agentliyinə müsahibəsində açıqlayıb.

O bildirib ki, Azərbaycan qüvvələri Qarabağda Ermənistan silahlı qüvvələri ilə təmas xəttini bir neçə yerdə yarıb və strateji məqsədlərinə çatmaq əzmindədir.

“Qarabağda qeyri-legitim hərbi infrastruktur tamamilə məhv edilənə qədər Azərbaycan Respublikasının hərbi əməliyyatları davam edəcək” - Prezidentin köməkçisi əlavə edib. (musavat.com)

19.09.2023 20:40
show 477