“Azərbaycan Ordusu separatçıların müdafiə xəttini yarıb”.
Bu məlumatı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Reuters" agentliyinə müsahibəsində açıqlayıb.
O bildirib ki, Azərbaycan qüvvələri Qarabağda Ermənistan silahlı qüvvələri ilə təmas xəttini bir neçə yerdə yarıb və strateji məqsədlərinə çatmaq əzmindədir.
“Qarabağda qeyri-legitim hərbi infrastruktur tamamilə məhv edilənə qədər Azərbaycan Respublikasının hərbi əməliyyatları davam edəcək” - Prezidentin köməkçisi əlavə edib. (musavat.com)