photo_73898706
Azərbaycan nümayəndə heyəti Paralimpiada üçün Pekinə yola düşdü

Pekində keçiriləcək XIII Qış Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti Çinin paytaxtına yola düşüb.

Oxu.Az xəbər verir ki, Azərbaycan Milli Paralimpiya komandasının missiya rəhbəri Rauf Mürsəlov, nümayəndə heyətinin üzvü Azər Tapdıqov və qış idman növləri üzrə milli komandanın baş məşqçisi Məhəmməd İsmayılov heyətdə yer alıb.

Qeyd edək ki, Azərbaycan ilk dəfə olaraq Qış Paralimpiya Oyunlarında iştirak edəcək. Oyunlar 4-13 mart tarixlərində keçiriləcək.

Azərbaycanı bu yarışda Mehman Rzazadə təmsil edəcək. O, kross-kantri növünün sprint kateqoriyasında mübarizə aparacaq. İdmançımızın yarışı martın 9-da baş tutacaq.

02.03.2022 10:15
188