photo_99378160
14.03.2022
13:57
59

Azərbaycan millisinin hücumçusu Avropanın məşhur komandasına qarşı oynadı - VİDEO

Futbol üzrə Portuqaliya çempionatında XXVI turun oyunları keçirilib.

Oxu.Az xəbər verir ki, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə çempionatın lideri “Portu” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:4. Avropanın ən məşhur klublarından olan “Portu” 73-79-cu dəqiqələr aralığında 3 qol vurub.

Renat Dadaşov da bu görüşün iştirakçısı olub. O, iki mərkəz hücumçusundan biri kimi start heyətdə meydana çıxıb və 74-cü dəqiqədə Rafael Barboza ilə əvəzlənib.

Hazırda 21 xalı olan “Tondela” 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.