Azərbaycan hərbçiləri Zod qızıl mədəni yaxınlığında Su-25 hərbi təyyarəsinin fraqmentləri tapıblar.
Qlobal.net Caliber.Az-a istinadən xəbər verir ki, bu faktı Ermənistan Müdafiə Nazirliyinin saxtakarlarından biri üzə çıxarıb.
Hələ 44 günlük müharibənin ilk günlərində nazirlikdən bildirilib ki, guya Türkiyəyə məxsus F-16 təyyarəsi Ermənistana məxsus Su-25-i vurub. Əslində isə o zaman səmada iki erməni Su-25-i toqquşub. Ermənistan Müdafiə Nazirliyi tərəfindən hadisədə xəyali Türkiyə F-16-sının iştirakına dair heç bir sübut təqdim olunmayıb.