hava
Azərbaycan ərazisində hava şəraiti kəskin dəyişdi: Əraziyə dolu düşür

Zaqatalada hava kəskin dəyişib. Güclü külək əsir, leysan yağır, bəzi ərazilərə dolu düşüb.

Qlobal.net APA-ya istinadən xəbər verir ki, axşam saat 19 radələrindən başlayaraq Zaqatala rayonu ərazisində hava şəraiti kəskin dəyişib. Rayon mərkəzinin və ətraf yaşayış məntəqələrinin ərazisində güclü külək əsir, leysan yağır və bəzi ərazilərə qısa müddətli dolu düşüb.

Güclü külək səbəbindən Zaqatala şəhər və bir sıra kəndlərin ərazisində ağaclar aşıb. Dağlıq əraziyə yağan leysan yağışları səbəbindən Tala çayı və rayon daxili bir sıra çaylarda suyun səviyyəsi kəskin artıb.

Rayonun Yuxarı Tala kəndinin bir sıra ərazilərində həyətyanı sahələrinə yağış suları dolub. Hava şəraiti ilə bağlı rayonun 70 faiz ərazisinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

07.06.2024 23:00
show 1167