O bildirib ki, minimum əmək haqqının artırılması yalnız dövlət büdcəsi müzakirəsi olunanda bəhs olunan məsələdir: "Dövlət büdcəsinin müzakirəsi yeni parlament seçkilərindən sonra, noyabr ayında olacaq. Amma, mənim aldğım məlumata əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək haqqlarının artırlması məsələsinin üzərində işləyir. Çünki bu çox vacibdir. Ölkədə inflyasiya gedir, bu əhalinin həyat şəraitinə təsir edən amildir. Son illərdə minimum əmək haqqını kifayət qədər artırmışıq, amma, yenə artırmağa ehtiyac var. Yəqin ki, dövlət büdcəsinə baxılanda bu məsələlərə də nəzaər salınacaq. Yanvar ayından qərar qüvvəyə minə bilər. Düşünürəm ki, miinumum əmək haqqı mütləq artırılmalıdır".
Qeyd edək ki, Azərbaycanda hazırda minimum əməkhaqqının məbləği 345 manatdır.