Azərbaycan əhalisinə kreditlərlə bağlı SEVİNDİRİCİ XƏBƏR - VİDEO
Banklara yeni qoyulmuş müddətli vəsaitlər isə ortalama 7,31 faizlə qəbul edilib. Bununla
belə, maliyyə qurumları bu dövrdə kreditləri orta hesabla 15,79 faizlə
veriblər.Bu barədə danışan
Millət vəkili Vüqar Bayramov kredit faizlərinin yüksək olmasını depozit
faizlərinin dərəcəsi ilə əlaqələndirib.
Deputat deyir ki,
faizlərin yüksək olması kreditlərin qaytarılmasında problemlər
yaratmaqla yanaşı, onlara əlçatanlığı da azaldır.
Ekspertlər bildirirlər
ki, faizlərin yüksək olmasının başlıca səbəbi kredit risklərinin yüksək
olmasıdır.Faizlərin azalması üçün banklararası rəqabət artmalı, risklər
azalmalı, bazara daha ucuz vəsaitlər daxil olmalıdır.
Ətraflı Baku TV-nin süjetində: