642459f4ac64f202303233204

Azərbaycan əhalisinə BƏD XƏBƏR - İyun, iyul, avqust aylarında...

Son dövrlər Azərbaycanda tez-tez su resurslarının çatışmazlığı gündəmə gəlir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında bildirilib ki, İqlim dəyişiklikləri ölkədə su resurslarının həcmini 15 faiz azaldıb və BMT-nın İnkişaf Proqramının proqnozuna görə, Azərbaycanda kəsərli  addımlar atılmasa, 2050-ci ilədək su resurslarının daha 23 faizini itirə bilərik.

Bəs həqiqətən də, Azərbaycan qlobal iqlim dəyişikliyi ilə əlaqədar quraqlıqla üzləşəcək ölkələr arasındadır?

Mövzu ilə bağlı AMEA Akademik H.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev Referans.az-a danışıb. Onun sözlərinə görə ölkə ərazisində bu kimi quraqlıqlar olub və yaxın illərdə bunu bir daha müşahidə edə bilərik: 

“Ümumi ölkə ərazisini götürdükdə görürük ki, biz quraqlıqla bağlı çox əziyyət çəkmişik və hazırda da bu sahədə vəziyyət çox gərgindir. İldən-ilə müşahidə edirik ki, havalar isinir və quraqlıq daha da artır. Sonuncu dəfə 1963-cü ildə Mingəçevir su anbarında su azaldığı zaman hazırda olduğu kimi su problemi yaranmışdı, həmin zaman gölün su səviyyəsi 17 metrə yaxın düşmüşdü. Hazırkı vəziyyət belədir ki, ölkənin nə təsərrüfat sistemi, nə suvarma sistemi, nə də sudan istifadə mədəniyyəti hələ o səviyyədə deyil ki, biz quraqlıq şəraitindən səmərəli yararlanaq. Azərbaycanda sudan sərfəli və qənaətlə istifadə edilmir. Cəbrayıl rayonunda 36 min kvadratlıq ərazidə taxıl bitkisi əkilib, lakin kim tərəfindən əkilib bilinmir və taxıl da suya ciddi ehtiyac duyan bitkidir. Lakin bunun heçbir xeyri yoxdur, çünki su tapılmır. Ölkədə suyun azalması ciddi iqtisadi böhranların yaranmasına səbəb olacaq, çünki su olmadığı zaman taxıl bitkilərinin suvarılması baş tutmayacaq və belə olduğu zaman un bahalaşacaq, mən sadəcə su çatızmalığının yaradacağı problemlərin çox kiçik bir hissəsini danışıram. Respublika ərazisində yaz aylarında belə su çatışmazlığının olması bizim iyun, iyul, avqust aylarında su tapa bilməyəcəyimizdən xəbər verir. Su probleminin paytaxta çox da deyil, lakin bölgələrdə yaşayan əsasən də kənd təsərrüfatı ilə məşğul olan əhaliyə çox ciddi problem yaradacağını deyə bilərik”.

29.03.2023 19:31
show 44137